Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının bərpasına 18 milyon manat sərf olunacaq.
Əldə olunmuş məlumata görə, təmir-bərpa işlərinin sifarişçisi Elm və Təhsil Nazirliyidir.
Bərpa işlərini "CONCO" inşaat şirkəti həyata keçirəcək və nazirlik bunun müqabilində şirkətə 18.046.872,69 manat ödəniş edəcək.
Qeyd edək ki, "CONCO" MMC Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından fəaliyyətə başlayıb.