Kolumbiyanın turistik şəhəri Santa Fe de Antioquia çölündə 7 cəsəd tapılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, işgəncə izləri olan meyitlər ekspertiza üçün məhkəmə-tibb mərkəzinə aparılıb.
Hadisə yerinə gələn polislər 7 nəfərin güllələnərək öldürüldüyünü təyin edib.
Kolumbiya mətbuatında dərc olunan xəbərdə cinayətlərdən Clan del Golfo şəbəkəsinin məsuliyyət daşıdığı və qeyri-qanuni qızıl ticarəti səbəbiylə bölgədə dəstələr arasında qarşıdurma yaşandığını paylaşılıb.