Türkiyənin ən reytinqli seriallarından olan "Yalı çapkını"nın baş qəhrəmanları Mert Ramazan Dəmir və Afra Saraçoğlu ayrılıb.
Türkiyə mediası xəbər verir ki, bu barədə ötən gecə 25 yaşını qeyd edən Afra mətbuat mənsubları ilə söhbət edərkən bildirib.
“Daha gündəmə gəlmək istəmədiyim üçün bu məsələyə son qoymaq istəyirəm. Biz sadəcə həmkarıq, xüsusi münasibətimiz yoxdur”.