Bakıda arvadını və qızını bıçaqlamaqda təqsirli bilinən Aqil Məmmədov məhkəməyə apellyasiya şikayəti verib.
"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılır.
İş üzrə məhkəmə baxış iclası dekabrın 13-nə təyin olunub.
Qeyd edək ki, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşı Sürəyya Məmmədovaya bıçaqla ağır bədən xəsarəti yetirib.
Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.