Qubada tanışını öldürməyə cəhddə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb

 

Qubada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən Təbriz Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

"Ölkə.Az" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmə baxış iclası dekabrın 19-na təyin olunub.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

0.15825319290161