Hərbidə olmağın son yaş həddi dəyişdirilir? - AÇIQLAMA

 

“Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda  bir sıra dəyişikliklər müzakirə olunur.

“Ölkə.Az” xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov bərbi xidmətdə olmağın son yaş həddinin dəyişdirilməsi ilə bağlı suala aydınlıq gətirib.

O bildirib ki, qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur:

"Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır", - deyə millət vəkili əlavə edib.

Könül
Ölkə.Az

0.23191690444946