Jet2 stüardessası OnlyFans-da intim şəkilləri satmaq üçün işini dəyişib və ayda 25.000 funt sterlinq qazanmağa başlayıb.
Lent.az xəbər verir ki, onun qazancının həcmini Britaniyanın “Daily Star” tabloidi açıqlayıb.
Nəşrin məlumatına görə, Şərqi Midlenddən (Böyük Britaniya) olan 24 yaşlı Aleksia Qreys əvvəllər stüardessa kimi çalışıb və bu, ona həftədə təxminən 600 funt sterlinq qazandırıb. Pandemiya zamanı britaniyalı qadın gəlirini qismən itirdikdə, o, OnlyFans-a müraciət etmək qərarına gəlib.
Qreysin sözlərinə görə, xidmət ona cəmi bir ay ərzində bir illik maaşı qədər pul almağa kömək edib.