Çəkildiyi film həyatına bənzədi: Balaca İshaqın taleyi - VİDEO

 

Rejissor, aktyor Natiq Axund "Yaxşlıq bitməzmiş" adlı qısa film ərsəyə gətirib.

Ölkə.Az xəbər verir ki, real həyat hekayəsi əsasında çəkilən film mina terrorunun qurbanı olan azyaşlının hekayəsindən bəhs edir.

Filmin qəhrəman olan balaca İshaq realda da atasız-anasız böyüyüb, hazırda nənə-babasının himayəsində yaşayır.
İshaqın atası azərbaycanlı, anası iraqlıdır.
Rejissor saytımıza açıqlamasında bildirib ki, uşağa dövlət tərəfindən dəstək göstərilib və o protezlə təmin olunub. Sadəcə, mövzuya uyğun olsun deyə, çəkiliş zamanı protez çıxarılıb.

0.17853999137878