Kürdəmirdə odlu silahla atanı öldürüb oğlunu yaralayan şəxs hakim qarşısında

 

Bir şəxsi qəsdən öldürməkdə, bir şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb.

"Ölkə.Az" xəbər verir ki, Kürdəmir rayon sakini 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun cari ilin iyun ayının 10-da qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Cümşüd İslamovun qanunsuz olaraq əldə edib üzərində daşıdığı odlu silahdan Kürdəmir şəhərinin 69-cu məhəlləsi ərazisində atəş açması və xuliqanlıq niyyəti ilə tanışı Müşfiq Məmmədovu onun oğlu Fərid Məmmədovun gözü qarşısında qəsdən öldürməsinə, sonuncuya isə atası Müşfiq Məmmədovun gözü qarşısında atəş açmaqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cümşüd İslamova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0.1430389881134