Bakıda Ağır Cinayətlər Məhkəməsində qaynının gözünü çıxaran 38 yaşlı Tural Məmmədquliyevin məhkəməsi yekunlaşıb. Yeznənin vurduğu yumruq zərbəsindən sonra qaynın bir gözü görmə qabiliyyətini itirib.
"Ölkə.Az" xəbər verir ki, ittihama görə Tural Məmmədquliyev 2011-ci ildə ailə həyatı qurub. Lakin 2021-ci ildə onun həyat yoldaşı ilə münasibətləri pozulub. Bu səbəbdəndə qadın onu tərk edərək iki övladı ilə birgə anasının yaşadığı evə köçüb. Daha sonra isə Turalın qayınları ilə münasibəti pisləşib.
Qaynı Allahverənlə aralarında olan mübahisəni həll etmək üçün yanvarın 23-ü saat saat 21:00 radələrində qayınanasını evinə gedib. Lakin Allahverən evdə olmayıb. Daha sonra küçəyə çıxan Tural Allahverənin gəldiyini görüb və onunla mübahisə edib. Bu zaman yeznə qəfil hərəkətlə qaynının gözünə zərbə endirib. Zərbənin təsirindən Allahverən yıxılıb və gözündən qan gəlib. O, dərhal xəstəxanaya çatdırılıb və müayinə zamanı məlum olub ki, həmin şəxsin gözü çıxıb və bir gözünün görmə qabiliyyətinin tam itirilməsi diaqnozu qoyulub
Zərərçəkmişi sonradan Türkiyəyə mualicəyə aparsalar da, orada da onun gözünün görmə qabiliyyətinin bərpa edilməsinin mümkünsüz olduğu, gözün daxili möhtəviyyatının xaric olduğunu bildiriblər və şüşə göz qoyublar.
Məhkəmədə zərərçəkən şəxs Turalı bağışladığını və onun həbsdən azad edilməsini istədiyini deyib.
Hadisənin törədən şəxs də əməlindən peşman olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən Tural Məmmədquliyev məhkəmə zalından azadlığıa buraxılıb və ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Natiq
Ölkə.Az