Qusar rayonunda arvadını döyərək ölümünə səbəb olmaqda təqsirli bilinən Zedik Əlifxanovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
"Ölkə.Az" xəbər verir ki, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə araşdırılır.
İş üzrə məhkəmə baxış iclası dekabrın 21-nə təyin olunub.
Qeyd edək ki, ötən il sentyabrın 6-da Qusar rayon sakini 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.