Tovuz rayonunda həmkəndlisini bıçaqlayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Orxan Abdıyev Ali Məhkəməyə müraciət edib.
"Ölkə.Az" xəbər verir ki, onun müraciətinə hakim Nazim Mövsümovun sədrlyi ilə keçirilən məhkəmə prosesində baxılacaq.
İş üzrə məhkəmə baxış iclası gələn il yanvarın 31-nə təyin olunub.
Qeyd edək ki, hadisə Tovuzun Yanıqlı kəndində baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Abdıyev Oqtay Mikayıl oğlu münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Tağıyev Cəlal Səməd oğlunu bıçaqlayıb.
Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
O.Abdıyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.