Xaçmazda anasını balta ilə qətlə yetirməkdə şübhəli bilinən Ramiz Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.
İttihma görə 2022-ci ilin yanvar ayında Xaçmaz rayonunun Əzizli kəndində 44 yaşlı Ramiz Sultanov 67 yaşlı anası Səmən Sultanovanı balta ilə vuraraq qətlə yetirib. O, hadisədən sonra kənddən qaçıb. 17 gün sonra Xaçmaz rayonunun mərkəzində polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı CM-nin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqı zamanı keçirilən ekspertizalarla onun anlaqsız olduğu müəyyən edilib.
Hökmə əsasən 44 yaşlı Ramiz Sultanov cinayət hadisəsini anlaqsız vəziyyətdə törətdiyinə görə cəzadan azad edlib. Onun barəsində ixtisaslaşdırılmış psixatriya stansiyanarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.