Xəbər verdiyimiz kimi, Yevlaxda parkda 32 yaşlı Əhməd Nəsibov başından güllələnərək qətlə yetirilib.
Həmin şəxsin öldürülmə anı sosial şəbəkələrdə yayılıb.
“Qafqazinfo” görüntüləri təqdim edir:
Qeyd edək ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.