Ona yol verməyən sürücünü balta ilə vuran şəxs yenidən hakim qarşısında

 

Mingəçevir şəhərində mübahisə zamanı qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən Faiq Məmmədov məhkəməyə apellyasiya şikayəti verib.

"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Şəki Apellyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən məhkəmə prsoesində baxılır.

Qeyd edək ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti "Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib.

Belə ki, "Xəzər” markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı "Mercedes-Benz” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub "açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı” xəsarətini yetirib.

0.14508485794067