İyulun 16-da Şəmkir rayon sakini Fikrət Bağırovun qəsdən öldürmə faktl üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
"Ölkə.Az" xəbər verir ki, İstintaqla İdris Alıyevin həmkəndlisi Fikrət Bağırovu sonuncunun yaşadığı, rayonun İrmaşlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında bıçaqla xəsarət yetirərək xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İdris Alıyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.