Biləsuvarda qayınatasını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb

 

Biləsuvar rayonunda qayınatasını gətlə yetirməkdə təqsirli bilinən Şəbiyev Elşən Bəhlul oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

"Ölkə.Az" xəbər verir ki, cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, hadisə 8 iyun saat 16:35 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında qeydə alınıb.

Belə ki, Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi və qayınatası Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.

Sonra E.Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görərək oradan qaçıb.

A.Almasov rayon xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib.

Elşən Şəbiyev cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.

0.13342905044556