Abşeronda pakistanlıların kriminal gecə yaşatdığı məhəllə - VİDEO

 

Abşeron rayonunun qətl hadisəsi baş verib.

"Demokratikmusavat.com" xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış massivində 10 saylı binada baş verib. Bir  nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 1 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub.

 

0.18595695495605