Bakıda tanışına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Əlişir Vələdovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Ölkə.Az" xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılır.
Növbəti məhkəmə baxış iclası noyabrın 27-nə təyin olunub.
Qeyd edək ki, hadisə Pirallahı rayonunda qeydə alınıb. Belə ki, 65 yaşlı Əlişir Vələdov münaqişə zəminində həmyerlisi 28 yaşlı Murad Nurəliyevi bıçaqlayıb. Sinəsindən yaralanan M.Nurəliyev xəstəxanaya yerləşdirilib. Ə.Vələdova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.