Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev cinayət işi.
"Demokratikmusavat.com" xəbər verir ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsi Mehdi Hüseynzadə küçəsində baş verib.
Gecə saat 1 radələrində Əfsanə Şadatovanın qeyri-rəsmi münasibətldə yaşadığı 42 yaşlı Zaur Babayev onun evinə gəlib. Aralarında yaşanan münaqişə zamanı sevgilisi bıçaqla qadına zərbələr endirib və qızını öldürəcəyini deyib. Əfsanə Şadatova isə eşitdiyi xəbərdən qan içində hasardan aşaraq qonşusunun həyətinə keçib.
Əfsanə Şadatova polisə xəbər verənədək həmin şəxs 14 yaşlı ögəy qızını kirayələdiyi avtomobillə Zabrat gölünü yaxınlığına aparıb. Gölün ətrafında 14 yaşlı qıza qarşı zorakılıq edəndən sonra onu öldürüb.
Hadisə yerindən qaçan Zaur Babayev keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 149.2.4, 149.2.5-ci (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
İbtidai istintaq yekunlaşdıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə araşdırılıb.
Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs faktini nigah münasibətində olduğu qadını yetginlik yaşına çatmayan qızının gözləri qarşısında təkrar-təkrar zorlamaqla onların azadlığını qanunsuz məhdudlaşdırmaqla eyni zamanda yetginlik yaşına çatmayan qız uşağının köməksiz vəziyyətindən istifadə edib anasının gözü qarşısında ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməklə fiziki ağrılar yetirdikdən sonra törərmiş olduğu cinayət əməlini gizlətməkdə ötrü yetginlik yaşına çatmayanı qəsdən öldürməkdə təqsirli bilinib.
Sonda məhkəmənin hökmü ilə Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib.