Astarada 40 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 29-də saat 08:30 radələrində Astara rayonu Pəlikəs kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətullah oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Pərviz Habil oğlu Əhmədov könüllü polisə təslim olub. O, saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.