Borc pul, tələbə yoldaşları, qəssab... - Sumqayıtdakı basqının bəzi DETALLARI

 

Bu gün səhər saat 6 radələrində Sumqayıt şəhərində baş verən silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.

"Ölkə.Az"ın əldə etdiyi məlumata görə qətlə yetirilən Suzana Karakaşla Türkiyə vətəndaşı olan əri Sərkan Karakaş Bakıda Qafqaz Universitetində bir yerdə təhsil alıblar. Onlar üniversitetdə tanış olduqdan sonra ailə həyatı qurublar.

Dünyasın dəyişən 73 yaşlı Dağbəyi Fərəcovun qəssab kimi çalışdığı bildirilir.

Aldığımız məlumata görə, Türkiyə vətəndaşı Sərkan Karakaşın naməlum şəxslərə borcu olub.

Xatırladaq ki, silahlı basqın nəticəsində 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi və onun qızı 1985-ci il təvəllüdlü Karakaş Suzana öldürülüb.

İnsident zamanı Süzana Karakaşın həyat yoldaşı Türkiyə vətəndaşı Sərkan Karakaş, Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev və onun oğlu 1990-cı il təvəllüdlü Etibar Sarıyev ağır yaralanıblar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Ölkə.Az-a bildirilib ki, Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrində dörd nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib:

“Onlardan Türkiyə vətəndaşı olan 1985-ci il təvəllüdlü Sərkan Karakuş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”.

Natiq

0.16433191299438