30 manat borca görə qonşusunu öldürmək istəyən şəxs yenidən hakim qarşısında

 

Sumqayıtda qonşusunu öldürməyə cəhddə təqsirli bilinən Elməddin Əsədov məhkəməyə apellyasiya şikayəti verib.

"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Azər İsmayılovun sədrliyi ilə baxılır.

İş üzrə məhkəmə baxış iclası oktyabrın 31-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisindəki 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Elməddin Əsədov münaqişə zəminində qonşusu Seymur Həsənova bıçaqla xəsarət yetirib. Daha sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. İttihama görə, hadisədən əvvəl Seymur Elməddindən 30 manat borca pul alıb. Lakin o, aldığı pulu vaxtında qaytarmayıb. Cinayət hadisəsi də elə bu səbəbdən baş verib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elməddin Əsədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

0.14053106307983