Astara rayonunda həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinən Aslan Şüvünəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
"Ölkə.Az" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə baxış iclası noyabrın 6-na təyin olunub.
Qeyd edək ki, mayın 3-də Astara rayonun Şümrüd kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Əzizovun meşəlik ərazidə meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb.
Polir və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Aslan Şüvünəliyev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qətlə yetirilən Eynəli Əzizov keçmiş bələdiyyə sədri olub və hazırda müəllim kimi fəaliyyət göstərirmiş.