Hərbçi yoldaşını qətlə yetirən şəxsdən XƏBAR VAR

 

Hərbçi yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Rzayev Bəhruz Sübhan oğlu məhkəməyə apellyasiya şikayəti verib.

"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə baxış iclası noyabrın 1-nə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

0.14778590202332