Bakıda qaynını qətlə yetirməkdə təqsirli bilinən Eldar Məmmədovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Binəqədi rayon məhkəməsinin qarşısında baş verib. Məhkəmə binasının yaxınlığında Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan qaynı Mərkəz Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Yaxınlıqdakıların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.
Polis əməkdaşları tərəfindən saxlanılan Eldar Məmmədov ifadəsində göstərib ki, 1991-ci ildə Binəqədi rayonunun Azadlıq prospektində 4 otaqlı mənzil alıb. Mənzil arvadının adına olsa da, ailəsi və 2007-ci ildən qaynı Mərkəz Quliyev orada qeydiyyatda olublar.
2008-ci ilin dekabr ayında qaynı ilə aralarında ailə-məişət zəmnində mübahisə yaranıb. Belə ki, 90-cı illərdə işləmək üçün tez-tez Risuya Federasiyasına gedib-gəlib və oarada ticarətlə məşğul olub. Əldə etdiyi pula özünə Bakıda əlavə mənzil alıb. Qaynı isə hərdəfə ona minnət edib ki, güya pulları onun hesabına qazanıb.
2007-ci ildə Mərkəz rusiyaya gedərkən özünə məxsus 32 min dollar məbləğində pulu saxlamaq üçün ona verib. Bir müddətdən sonra oda ailəsi ilə birlikdə işləmək üçün qohumunun yaşadığı Volqaqrad şəhərinə gedib. Təxminən bir il orada işləyərək Mərkəzin pulundan 12 min dolları qaytarıb ailə üzvləri ilə geri qayıdıb. Daha sonra isə işləmək üçün Türkiyə respublikasına yollanıb.
Eldar Məmmədov əlavə edib ki, Bakıda olmadığı müddətdə Mərkəz gəlib ailəsindən pulun qalan hissəsini yəni 20 min dolları da götürüb. Buna baxmayaraq qaynı sonradan həmin məbləğin qaytarılmasını danıb və mənzilini onun hesabına aldığını iddia edərək həmin evi tələb edib.
Mərkəz ona qarşı məhkəmələrdə çoxsaylı iddialar qaldırıb. Mənzilin sənədlərini götürüb özündə saxlayıb. İddialar haqqsız olaraq məhkəmə instansiyaları tərəfindən təmin olunub. Ona məxsus Binəqədi rayonu 7-ci mikrorayon yerləşən ev 2011-ci ildə satışa çıxarılıb. Satışdan əldə olunmuş puldan 10 min dolları məcburi qaydada qaynına ödəməyinə baxmayaraq Mərkəz Eldarı və ailəsini Azadlıq prospektindəki mənzilinə buraxmayıb. Bu səbəbdən Eldar Məmmədov qaynına qarşı məhkəmədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edərək onların mənzildə yaşamaq hüquqlarını tanıyıb və məhkəmə icraçılarının iştirakı ilə həmin mənzildə yerləşdiriliblər. Amma orada yaşadığı müddətdə qaynı hər dəfə ona sataşıb və səbəbsiz münaqişələr yaradıb. Hətta bir dəfə yalandan onu döyməkdə günahlandırıb.
Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılmaqla məsuliyyətə cəlb edilməsinə nail olub. Lakin məhkəmə ittihamların əsassız olduğunu müəyyən edib barəsində bəraət hökmü çıxarıb.
Mərkəz Quliyev yeni ərizə ilə güya borclu olduğu məbləğin indeksasiya dərəcəsini qaldıraraq məbləği artıq 51 min dollara qədər şişirdib.
2013-cü ildə barəsində CM-nin 306-cı (məhkəmənin hökmünü vəya qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb və o, 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Amma 2016-cı ildə amnistiya qərarına əsasən həmin cəzadan azad olunub.
Azadlıq prospektindəki evi ailə üzvləri ilə birlikdə könüllü sürətdə Mərkəzin xeyrinə imtina etməyə razı olmalarına baxmayaraq sonuncu onlardan əl çəkməyib.
Eldar Məmmədov ifadəsinin davamında bildirib ki, 2018-ci il martın 28-də Mərkəzin verdiyi növbəti ərizədən sonra Binəqədi rayon məhkəməsinə çağırılıb. Saat 16:00 radələrində məhkəmənin inzibati binasının qarşısında qaynı ilə rastlaşanda qohumu onu hədələməyə başlayıb. Aralarında söz mübahisəsi yaranıb. Mərkəz əl-qol atıb Eldarı vurmaq istəyərkən onu özündən kanırlaşdırmağa çalışıb. Sonuncu fiziki cəhəddən güclü olduğundan torbada olan çəkiclə onu qorxutmaq istəyib. Həyəcanlı olduğundan zərbələrini tənzimləyə bilməyib.
Zərbələrin təsirindən qaynını başından qan açılıb. Eldar çəkici əlindən atıb ərtafdakı adamlardan kömək istəyib. Çağırışına vətəndaşlar və polis əməkdaşları yaxınlaşıblar.
Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Mərkəzi xəstəxanaya, polis əməkdaşları isə onu şöbəyə aparıblar.
Məhkəmə prosesində Eldar Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verlməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Eldar Məmmədov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum olunub.