Anjey Duda: "1989-cu ilə qədər seçkiyə sadəcə donuzlar gedirdi"

 

Polşa prezidenti Anjey Duda deyib ki, Polşa Xalq Respublikası (PR) dövründə "ölkədə seçkilərə ancaq donuzlar gedirdi”.

"Ölkə.az" xəbər verir ki,Duda son seçkilər barədə danışarkən bunları deyib.

Onun sözlərinə görə, ölkədə keçirilən son seçkilər Polşada artıq demokratiya kök saldığını, ölkənin 1989-cu ildən sonra çox yetkinləşdiyini göstərir.

"Biz hamımız yaxşı xatırlayırıq ki, 1989-cu ilə qədər seçkiyə yalnız donuzlar gedirdi", - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, PPR zamanı baş verənlərin absurdluğunu dərk edən vətəndaşlar seçkiyə getməyib, bütün növ seçkilərdə seçici fəallığı saxtakarlıq yolu ilə şişirilib, reallıqda isə məntəqələr boş olub.

Prezident bildirib ki, son seçkilər zamanı seçicilər səs vermək üçün növbəyə düzülüblər və bir sıra hallarda seçki məntəqələrinin iş saatları uzadılmalı olub, yəni seçici fəallığı çox olub.

0.15093088150024