“Qaçqın” statusu almaq üçün müraciət edənlərin sayı açıqlanıb

 

Bu il müxtəlif ölkələrdən olan 106 ərizəçinin (ailə üzvləri ilə birlikdə 163 nəfər) “qaçqın” statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidmətində (DMX) qeydə alınıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq DMX-dən bildirilib.

Qeyd olunub ki, həmin şəxslərin “qaçqın” statusu verilməsi barədə müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır və müvafiq qərarlar qəbul edilir.

 

0.15228295326233