"Süni intellekt dublyaj aktyorlarını işsiz qoyacaq".
Ölkə.Az xəbər verir ki, bu sözləri Əməkdar artist, Bakı bələdiyyə teatrının aktyoru Elxan Rza deyib. O fikirlərini belə izah edib:
"Son zamanlar süni intellekt sahəsində o qədər irəliləyiş var ki,həqiqətən insanı təəccübləndirir.Bunlardan biridə səsləndirmə,dublyaj və tərcümə ilə əlaqəlidir. Təsəvvürünüzə gətirin ki, istənilən hər hansı bir filmi dərhal filmdə iştirak edən aktyorun öz səsində dünya dillərində hiss və emosiyalarıda orijinal olduğu kimi izləmək mümkün olacaq. Belə olduğu halda artıq filmləri dublyaj etməyə ehtiyac qalmayacaq. Bu, bir tərəfdən yaxşıdır, digərtərəfdən isə dublyaj ilə məşğul olan aktyorların çox güman ki, yaxın gələcəkdə işsiz qalacağına zəmin yaradacaq", - deyə o söyləyib.
Billurə Yunus