Göygöl rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Əsgərov məhkəməyə apellyasiya şikayəti verib.
"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Gəncə Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Göygöl rayonunun Çaylı kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü H.Əsgərov şəxsi münasibətlər zəminində mübahisə zamanı 1993-cü il təvəllüdlü Ayxan Hüseynlini bıçaqlayaraq öldürüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
H.Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.