Sumqayıtda qonşusunu bıçaqlayaraq öldürməyə cəhddə təqsirli bilibəb Elməddin Əsədov məhkəməyə apellyasiya şikayəti verib.
"Ölkə.Az" xəbər verir ki, onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Azər İsmayılovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq
İş üzrə məhkəmə baxış iclası oktyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisindəki 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Elməddin Əsədov münaqişə zəminində qonşusu Seymur Həsənova bıçaqla xəsarət yetirib. Daha sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. İttihama görə, hadisədən əvvəl Seymur Elməddindən 30 manat borca pul alıb. Lakin o, aldığı pulu vaxtında qaytarmayıb. Cinayət hadisəsi də elə bu səbəbdən baş verib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.