Gəncədə odlu silahla oğlunu qətlə yetirməkdə təqsirli bilinən Kamal Nəcəfovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, Gəncə şəhəri İ.Əliyev küçəsində yaşayan Kamal Nəcəfov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq oğlu Suracı qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Nəcəfov saxlanılıb.
İş üzrə dindirilmiş Kamla Nəcəfov ifadəsində göstərib ki, oğlu Surac anadan normal doğulsa da, kiçik yaşlarında tez-tez xəstələnib və uşaq vaxtlarından əsəbi, valideynlərinə söz qaytaran, öyüd nəsihətə qulaq asmayan övlad olub.
Təhsil aldığı məktəbdə dəsrə davamiyyəti yaxşı olmayıb. Tez-tez davranış qaydalarını pozub. Ona görədə 11-ci sinifdə dərsə buraxılmayıb. Məktəbdən xaric edilib və həmin səbəbdən ona orta təhsil haqqında attestatı verilməyib. Surac 2008-ci ilin yanvar ayından 2099-cu ilin iyun ayınadək hərbi xidmətdə olub və Gəncəyə qayıdandan sonra onlarla yaşamaqda davam edib.
O, hərbi xidmətdə olanda böyük qızı xalasıoğlu ilə nişanlanıb. Əsgərlikdən qayıdan oğlu heç bir işlə məğul olmayıb. Spirtli içkilərə qurşanıb və hər gün atasından pul tələb edib. Kamal Nəcəfov fəhləlik etməklə oğlunun istəklərini yerinə yetirməyə çalışıb. Lakin bəzən buna imkanı olmayıb. Ona görədə oğlu tez-tez evdə dava salıb. Bacılarını qonşulardan onun üçün borc pul almağa məcbur edib. Heç bir səbəb və bəhanə gətirmədən bacısının nişanı qaytarmasını tələb etməyə başlayıb. Belə olmadığı təqdirdə toylarının baş tutmasına imkan verməyəcəyini onların hər ikisini öldürəcəyinə söz verib.
Kamal Nəcəfov oğlunun dava-dalaş salmaması üçün 2009-cu ilin sentyabrında onu Gəncə şəhər sakini P.Əhmədova ilə nişanlayıb. Suracın ondan sonra özünü sakit aparacağına ümid edib. Buna baxmayaraq oğlu pis hərəkətlərinə davam edib. Ailə üzvlərinin yanında onu heç bir səbəb olmadan söyüşlərlə təhqir edib.
Surac fiziki cəhəddən ondan güclü olduğu üçün atası onu tənbeh edə bilməyib. Məhs bu səbəbdən məcburiyyət qarşısında arvadını və qızlarını fermer təsərrüfatına aparıb orada yaşayıb. Surac isə şəhərdəki evdə tək yaşayıb. 2-3 gündən bir o və ya digər ailə üzvləri ona yemək aparıblar.
Təqsirləndirilən şəxsin sözlərinə görə qızının toyu dekabrın 15-nə təyin olunmuşdu. Bunu eşidən Surac özünə bıçaq alıb üstündə gəzdirərək toya qan salacağına bəylə gəlini öldürəcəyinə işarə edib onları qorxudub.
Dekabrın 6-da Kamal Nəcəfov fermer təsərrüfatında 50 qr araq içib və səhər saat 11 radələrində yaşadığı evə gəlib. Oğlu otaqda qarşısında bir şüşə araq oturub televizora baxıb. O, oğluna öyüd nəsihət verib bacısının toyunun keçirilməsinə maneçilik etməməsini xahiş etdik də, Surac yenədə bu işə razı olmayacağını bildirib. Oğluna axşam yenədə gələcəyini deyən Nəcəfov evdən çıxıb və bir az qonşuluqda yaşayan qardaşı gildə oturduqdan sonra iş yerinə yollanıb.
Axşam təqribən 19:00 radələrində yenidən şəhərdəki evinə qayıdıb. Oğlunun evdə yenədə televizora baxdığını görüb. Suraca yalvarıb onu qucaqlayıb öpüb və bacısının toyunun keçirilməsinə razılıq verməsini xahiş edib. Lakin oğlu oturduğu yerdən ayağa qalxıb onu itələyərək evdən çıxıb getməsini tələb edib. Suracın hərəkətlərindən bərk əsəbləşən Nəcəfov evdən çıxaraq babasından yadigar qalan ov tufəngini evin zirzəmisində basdırdığı yerdən çıxarıb. Silaha bir güllə yerləşdirib ikisini isə cibinə qoyub geri otağa qayıdıb. Suracdan ona niyə hörmət eləmədiyini və bacısının talehi ilə oynamasını soruşduqda oğlu əlləri cibində oturduğu yerdən qalxıb yaxşı etdiyini deyib. Oğlunun bu cavabı onu daha da əsəbləşdirib və ondan çarpayıya uzanmasını tələb edib. Oğlu onun əsəbi və ciddi olduğunu görüb paltarlı vəziyyətdə arxası üstə çarpayıya uzanıb. Suraca atəş açıb onu öldürəcəyini qətiləşdirsə də, onun gözlərinə baxa-baxa atəş açmaq istəməyib. Ondan yorğanı sifətinə çəkməsini tələb edib. Oğlu yorğanı sağ əli ilə üzünə çəkəndən sonra ata yaxınlaşıb silahı onun ürək nahiyyəsinə tuşlayıb. Təxminən 20-25 sm məsafədən ona atəş açıb. Əsəbləri soyumayan Kamal Nəcəfov ikinci patronu tüfəngə taxıb və təkrar oğlunun ürəyinə atəş açıb.
Evdən çıxdıqdan sonra mobil telefonla qardaşına zəng edib olu Suracı öldürdüyünü deyib. Daha sonra taksiyə minib polis şöbəsinə gələrək hadisə barədə məlumat verib.
Məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri dinlənilib.
Sonda məhkəmənin hökmü ilə Kamal Nəcəfov 8 il müddətinə azadlıqdan məhrum olunub.