Arvadını boğub öldürdü, meyiti hamam otağına aparıb... - Bakıdakı qətıin təfərrüatı - FOTO

 

Bakıda avadını qətlə yetirməkdə təqsirli bilinən Vadim Avçiyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, Xətai rayonu, Mingəçevir küçəsi 20/17-də yaşayan 25 yaşlı Südabə Avçiyevanın hamamda meyiti aşkar edilib. Onun əvvəlcə bədbəxt hadisə nəticəsində öldüyü bildirilsə də, Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra onun boğularaq öldürüldüyü məlum olub.

Aparılan araşdırmalardan sonra məlum olub ki, Südabə Avçiyevanı 34 yaşlı həyat yoldaşı Vadim Avçiyev qətlə yetirib. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi qətl hadisəsini etiraf edib və həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.

İş üzrə dindirilmiş Vadim Avçiyev ifadəsində göstərib ki, ümumi həyət evi olmaqla ailəsi ilə bir mənzildə, atası gil isə digər mənzildə yaşayıblar. 

Mayın 10-u saat 19:45-də işdən evə qayıdıb. Uşaqları atasının evindən götürüb öz mənzilinə keçirib. Saat 21:00 radələrində Südabə işdən evə gəldikdə Vadim ona harada qaldğını və uşaqların ac olduğunu deyib. Yoldaşı kobud şəkildə cavab qaytardığı üçün o, əsəbləşib ona şillə vurub. Öz növbəsində Südabədə əsəbləşərək uşaqları göstərib " bunlar mənim də yetimçələrimdi" deyərək qızı Səbinəyə şillə vurub. Bunu görən Vadim arvadına daha bir neçə zərbə endirib. Daha sonra Südabə uşaqları götürüb yataq otağına keçib. O, isə həyətə siqaret çəkməyə çıxıb. İçəri daxil olduqda Südabənin uşaqlarla yataq otağında çarpayıda uzandığını görüb. Arvadı mübahisəni davam etdirərək ona hər şeydən bezdiyini və milliyətcə ləzgi olan Şamil (ad şərtidir) adlı oğlanla tanış olduğunu söyləyib. Bunu eşidən Vadim yoldaşına doğru gedib sifətinə iki şillə vurub. Əlləri ilə boğazından tutub sıxıb və geri itələyib. Sonra qonaq otağının dəstəyinə bağlanmış ipi açıb və yenidən yataq otağına qayıdıb. Arxadan ipi yoldaşının boğazına keçirib özünə dogru sıxaraq boğmağa başlayıb. Təxminən 1 dəqiqədən sonra əllərini boşaldıb. Qadın çarpayıya yıxılıb. 

Vadim İfadəsinin davamında bildirib ki, sonra mərhumu quçağına alıb həyətdəki hamam otağına aparıb və orada yarı oturaq vəziyyətdə yerə qoyub. Sonra Südabəni boğduğu kəməri həyətdəki torpağın üstündə yandırıb. Digər mənzilə keçən Vadim atasını yuxudan oyadaraq ona arvaının özünü hamamda asdığını deyib. Bundan sonra atası, bacısı və qardaşı həyətə çıxıblar və o, ailə üzvləri ilə köməkləşib Südabəni çölə çıxarıb yerə uzadıblar. Qadını ayıltmaq üçün üzünə su vurublar. Südabə gecə paltarında olduğu üçün əyninə xalatı geyindiriblər sonra xəstəxanaya çatdırmaq üçün atasının maşınına qoyublar. Onu maşına yerləşdirəndə Vadim sonuncunun xırıltılı nəfəsinin gəldiyini eşidib. Onu xəstəxanaya gətiriblər. Qorxudan və rüsvay olmamaq üçün həkimlərə Südabənin hamamda çimərkən dəm qazından zəhərləndiyini deyiblər. 

Mayın 13-də Vadim arvadının boynundakı kəmərin yerinin eksperlər tərəfindən aşkar ediləcəyi haqqda düşünüb. O, ifadəsində qadını tək öldürdüyünü bildirib. 

Məhkəmə iclasında Vadim Avçiyev istintaqda verdiyi ifadəsindən fərqli olaraq  ittiham üzrə özünü təqsirli bilməyib. Həyat yoldaşını qətlə yetirmədiyini, onun özünün hamam otağında intihar etdiyini qeyd edib.  

İclasda zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri dinlənilib.

Son sözündə təqsirləndirilən şəxs bir daha arvadını öldürmədiyini vurğulayıb. Onun intihar etməsini bildirib. 

Sonda məhkəmənin hökmü Vadim Avçiyev həyat yoldaşının qətlində təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.

 

0.14779496192932