Tanışını kürəyindən bıçaladı - Məhkəmə

 

Abşeron rayonunda tanşını bıçaqlamaqda təqsirli bilinən Cavad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başalyıb. 

"Ölkə.Az" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqşlədirilib.

İş üzrə məhkəmə baxış iclası sentyaberın 25-nə təyin olunub. 

Qeyd edək ki, hadisə rayonun Masazır qəsəbəsi, A.Ələsgərov küçəsində qeydə alınıb.

Belə ki, Məmmədli Cavad Rasim oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində evdən götürdüyü bıçaqla qəsdən bir dəfə Vəliyev Murad Coşqun oğlunun sol kürək nahiyyəsinə vuraraq ağır bədən xəsarətləri yetirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Cavad Məmmədli şübhəli şəxs qismində tutulub.

0.13909602165222