Sumqayıtda gəlininə və nəvəsinə balta ilə xəsarət yetirməkdə təqsirli bilinən Şahbala Mirzəməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.
İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov bu ilin mart ayında gəlini - 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə ağır xəsarətlər yetirib.