Xırdalanda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

 

Abşeronda arvadını qətlə yetirməkdə təqsirləndirilən Səadətdin Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Ölkə.Az" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə  hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası sentyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 28 yaşlı Əfsanə Nuruyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilib ki, o, həyat yoldaşı 30 yaşlı Səadətdin Nuriyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla ölüdürülüb.

Bildirilib ki, Səadətdin Nuriyev qətli törətdikdən sonra qaçıb.

İddialara görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

0.1442768573761