Keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Nurlan Sultanovun cinayət işi təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1989-cu il təvəllüdlü Sultanov Nurlan Nazim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Kəmalə Sultanovanı yaşadığı evin yaxınlığında qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında N.Sultanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 127.2.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə dindirilmiş Nurlan Sultanov ifadəsində göstərib ki, Kəmalə ilə 2012-ci ildə ailə həyatı qurub. Həmin nigahdan 3 övladları olub. 2021 -ci ildə rəsmi şəkildə ayılıblar və məhkəmənin qərarı ilə uşaqlar anasının himayəsinə verilib. O, bildirib ki, Kəmalə ilə narazılıqların əsas səbəbi onun uşaqlara qarşı laqeyd olması olub. Buna görə dəfələrlə ona iradını bildirsə də, sonuncu ona "uşaqlar mənində özüm bilərəm" cavabını verib.
Hadisə baş verən gün Nurlan Kəmalənin yaşadığı evin qonşuluğunda təmir işləri görüb. Təsadüfən qarşısına çıxan uşaqlarını yenidən qayğısız görəndə bundan əsəbləşib. Bir qədər sonra keçmiş qayınanası Qızxanımı görüb ona üşaqlarla bağlı iradını bildirib. Bu səbəbdən aralarında mübahisə baş verib. Bir qədər sonra işdən gələn Kəmalədə mübahisəyə qoşulub.
"Keçmiş qayınanamla başladım uşaqlara görə mübahisə eləməyə. Ağzına gələni yenə başladı danışmağa. Ana- bala başladılar məni söyüb təhqir eləməyə".
Nurlan bildirib ki, mübahisələri bundan sonra daha da qızışıb. Onun ünvanına deyilən söyüşlərdən əsəbləşərək keçmiş həyat yoldaşının üzərinə cumub.
"Gəldim üstünə dedim ağzına gələni danışma. Anası bir yandan qızı bir yandan təhqir edirdilər məni. Bıçağı çıxardım iki dənə vurdum. Birin boşluq nahiyyəsinə, birində ürək tərəfinə. Anası məni itələyib tulladı səkidən aşağı. Qalxıb yenidən gəldim Kəmalənin üstünə. Qonşular üstümə gələndə dedim sizlik deyil çəkilin kənara. Sonda neçə dəfə yenidən bıçaqla vurmuşam yadımda deyil".
Anasının qan içində görən uşaqlar atasına yalvarmağa başlayıblar. Bundan sonra sakitləşən Nurlan evinə gələrək törətdiyi cinayəti anasına danışıb və qardaşından onu polis bölməsinə aparmasını xahiş edib.
Məhkəmə prosesində Nurlan Sultanov ittiham üzrə özünü təqsirli bilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.