Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.