Paralel.az " xəbər ..."> Paralel.az " xəbər ...">

Səni heç unutmadım... - Firəngiz Mütəllimova

 

Xalq artisti Firəngiz Mütəllimova mərhum xalq artisti Yaşar Nuri ilə bağlı paylaşım edib.

Demokratikmusavat.com xəbər verir ki, Firəngiz Mütəllimova sosial media hesabında foto paylaşıb.

O, paylaşımda qeyd edib: "Ad günün mübarək sənətkar! Sən həmişə gülərdin, güldürərdin. Yerin elə görsənir. Getdikcə dərk edirəm ki, üzü gülər insanların ürəklərində nə qədər ağır yükü varmış. Allah sənə rəhmət eləsin. Məkanın cənnətlik olsun. Qəlbimdəsən hər zaman, səni heç unutmadım ki...".

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

0.20128393173218