“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında bədii film çəkilir.
Demokratikmusavat.com -ın əldə etdiyi məlumata görə, filmdə futbol mütəxəssisini ayrı-ayrı yaş dövrünü 4 fərqli aktyor canlandırır.
Çəkilişlərə artıq start verilib.
Qurban Qurbanovun 2017-ci ildən sonrakı dövrünü aktyor Səmimi Fərhad canlandıracaq.
Onun oynadığı səhnələrin çəkilişləri sentyabrın 13-dən başlayacaq.
Çəkilişlər Bakı və Zaqatalada aparılır.
Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyevdir.