Gəncədə arvadını xuliqanlıq niyyəti ilə öldürməyə cəhddə təqsirləndirilən Zaur Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.
Qeyd eədk ki, hadisə 2022-ci il dekabrın 14-ü saat 08:30 radələrində Gəncə şəhərində qeydə alınıb. Belə ki, şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, Zaur Süleymanov tutulub.
İstintaq dövründə onun ittihamı ağırlaşdırılaraq, barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.