Manenin şoka düşdüyü görüntülər - VİDEO

 

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında “Əl-Fateh” – “Əl-Nəsr” qarşılaşmasından əvvəl maraqlı anlar yaşanıb.

Demokratikmusavat.com xəbər verir ki, qonaqların yeni transferi Sadio Mane rəqib komandanın oyunçuları ilə görüşərkən təəccüblənib. Onun məəttəl qaldığını gizlətməməsini əks etdirən görüntülər sosial mediada geniş yayılıb. 

Belə ki, Sadio Mane komanda yoldaşı Əli əl-Əcminin rəqibin heyətində yer alan əkiz qardaşı Qasim əl-Əcmi ilə salamlaşan zaman çaş-baş qalıb.

Qeyd edək ki, “Əl-Nəsr” həmin oyunda rəqibinin qapısından 5 cavabsız top keçirib. Qolların 3-nü portuqaliyalı ulduz Kriştiano Ronaldo, 2-sini isə Sadio Mane vurub.

 

 

0.17845392227173