Pakistanda Quranın təhqir olunmasından qəzəblənən kütlə kilsələrə hücum edib

 

Şərqi Pakistanda Quranın təhqir olunmasından qəzəblənən bir qrup müsəlman kilsələrə və xristianların evlərinə hücum edib. 

Demokratikmusavat.com “Haberler.com”a istinadla xəbər verir ki, 1 kilsə və 12 ev yanıb, 4 kilsəyə ziyan dəyib. 

Hadisələrdə 129 nəfər saxlanılıb.

Müsəlmanların görkəmli şəxsləri bölgəyə gələrək xalqı sakitləşdirməyə çalışıblar. Məktəblər və iş yerləri bağlanıb.

Sosial mediada paylaşılan görüntülərdə qəzəbli kütlənin kilsələrə girərək kərpic atdığı, şüşələri sındırdığı, mebelləri yandırdığı görülüb.

 

 

0.17139410972595