Müdafiə Nazirliyinə keçməyimdən söhbət getmir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşşuk deyib.
“Mənim Müdafiə Nazirliyinə keçməyimdən söhbət getmir. Olduğum yerdə işləyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Ukraynanın bəzi media orqanları Qərbin ölkənin müdafiə naziri postunda qadın rəhbər görmək istəməsi məlumat yaymışdı. Nazir postuna qadın namizədlər arasında İ.Vereşşukun da adı hallanırdı.