Nazir: "Rasim Balayev yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazanıb"

 

"Rasim Balayev çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazanıb".

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla keçirilən görüşdə bildirib.

Nazir Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib.

Aktyorun Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələrini yüksək qiymətləndirən nazir onun çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Rasim Balayevin çəkildiyi ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir.

Rasim Balayev yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, bundan sonra da kino sənətinin inkişafına töhfə verməyə çalışacağını deyib.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

 

0.13961386680603