“Daejeon”un (Cənubi Koreya) formasının geyinən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk “Atletiko”ya qol vurub.
O, Cənubi Koreyanın K Liqasının ulduzlarından ibarət komandanın Madrid təmsilçisinə qarşı keçirdiyi yoxlama oyununda fərqlənib.
46-cı dəqiqədə meydana daxil olan 24 yaşlı müdafiəçi 50-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Onun komandası 3:2 hesabı ilə qalib gəlib.