Səhnəyə qayıtdığı üçün qurban kəsdilər - VİDEO

 
Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra səhnəyə qayıdıb. 

Aktrisa bir neçə gün əvvəl Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" komediyası ilə səhnəyə çıxıb.

Bəşirqızının səhnəyə qayıtmasına görə teatr kollektivi qurban kəsib. Bu haqda "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər deyib. O, aktrisanın bağ evindən çəkiliş edərək, həmin anları nümayiş etdirib. 

Qeyd edək ki, aktrisa bir müddət əvvəl xərçəngdən əziyyət çəkdiyini və əməliyyat olunduğunu açıqlamışdı. A.Bəşirqızı buna görə uzun illər səhnədən uzaq qalıb. 

 

0.16291809082031