Aktyor Məcid Hüseynov mərhum həmkarı Ramiz Hüseynzadənin ölümündən danışıb.
Demokratikmusavat.com xəbər verir ki, "O üz" verilişinə qonaq olan Məcid 41 yaşlı aktyorun beyin damarlarının partladığını söyləyib:
"Oğlu zəng etdi ki, atamın vəziyyəti pisdir, komadadır. Həkimlə danışdım. Dedi ki, təzyiqi qalxıb, beyin damarları partlayıb. Bildirdilər ki, belə xəstənin sağ qalmağını görməmişik. Güclə icazə alıb özüm və analığı yanına girdim. Analığı görüb qışqırdı, gördük halı pisləşir. Həkimə dedim ki, başqa yerə aparım. Cavab verdilər ki, Amerikaya aparsanız, 1 milyon pul töksəniz də sağalmayacaq. Onu tərpətsəniz belə vəfat edəcək. Sağ qalma ehtimalı var idi, amma hərəkət edə bilməyəcəkdi".
Məcid bildirib ki, Ramiz təcili yardımı belə özü çağırıb:
"Evə gedib, yemək yeyib. Oturub televizora baxırmış, durub həyat yoldaşına deyib ki, bir tərəfim quruyub. Özü təcili yardıma zəng vurub".
Qeyd edək ki, Ramiz 2021-ci ildə 41 yaşında vəfat edib.