Azərbaycanda 4 sığorta agentinin lisenziyaları ləğv edilib

 

Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar iyulun 12-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, 1 il ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olmuş halın 3-cü dəfə təkrarlanması nəzərə alınaraq qəbul olunub.

0.12754201889038