Londonun ICE birjasında "Brent" markalı neft 2023-cü ilin aprelindən bəri ilk dəfə 81 dolları ötərək 81,17 dollar/barel olub.
Bu barədə Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir.
WTI markalı neftin bir barelinin dəyəri 75,91 dollar təşkil edib.
Ekspertlər neftin qiymətinin qalxmasını ABŞ dollarının digər valyutalara nisbətən ucuzlaşması ilə əlaqələndirirlər.